BDU TETYM Haqqında

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi - tələbələrin yaradıcılıq potensialını üzə çıxaran, innovativ təfəkkür və tədqiqat motivasiyasını inkişaf etdirən elmi-texniki mərkəz.

2022-ci ildən fəaliyyətdə
8 Dərnək Sahəsi
Elmi Müsabiqələrdə Uğurlar
50+
Aktiv Tələbə
Müxtəlif sahələrdə təhsil alan
5+
Kurs Proqramı
Müasir texnologiyalar üzrə
89%
İşə Yerləşmə
Məzunlarımızın uğur nisbəti
5+
Əməkdaşlıq
Yerli və beynəlxalq şirkətlərlə

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi: İdeyadan Reallığa

Tələbələrdə təhsil-elm-innovasiya təfəkkürünün inkişaf etdirilməsi, tələbə ideyalarının həyata keçirilməsi üçün 2022-ci il iyunun 24-də BDU-da Tələbə Elmi-Texniki yaradıcılıq Mərkəzi yaradılmışdır.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin yaradılmasında əsas məqsəd xüsusi istedadlı və bacarıqlı tələbələrin davamlı şəkildə layihələrə cəlb edilməsindən, onların yaradıcılıq potensialını üzə çıxarmaqdan, yaradıcı təfəkkürünü və tədqiqat motivasiyasını inkişaf etdirməkdən ibarətdir.

Bu baxımdan ötən iki üç ərzində Mərkəzdə tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparıb, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndiriblər.

Mərkəzin fəaliyyəti elmlə təhsilin vəhdəti əsasında qurulduğundan həyata keçirdiyi layihələr qısa müddətdə tələbələrin innovativ və tətbiq xarakterli tədqiqat bacarıqlarının formalaşmasına gətirib çıxardı. Mərkəz indi də müxtəlif səviyyələrdə elmi və texnoloji müsabiqələrdə uğur qazanmaları üçün tələbələrin müstəqil və komanda şəklində iş bacarıqlarını inkişaf etdirir.

Elektronika
Materialşünaslıq və Kimya Mühəndisliyi
İT və Proqramlaşdırma
Süni İntellekt Təlimi
Mexanika Mühəndisliyi
Mexatronika və Robototexnika
Ekologiya Mühəndisliyi
Astrofizika və Kosmos Elmləri

Bizə Qoşulmaq İstəyirsiniz?

TETYM ailəsinin bir parçası olun və texnologiyanın gələcəyini birlikdə formalaşdıraq.